Oyun zamanı dövlət rəsmisini fitə basdılar

  • 15 Yanvar 2024, 20:22

Berlində Almaniya və Şimali Makedoniyanın həndbol üzrə milli komandaları arasında Avropa çempionatının matçı (34:25) keçirilib.

Sportlife.az xəbər verir ki, oyunu izləyən Almaniya kansleri Olaf Şolz azarkeşlər tərəfindən fitə basılıb.

Birinci hissədə arenanın diktoru kansler Şolzun matçda olduğunu açıqlayıb. Bunun ardından zalda bir neçə saniyə ərzində uğultu və fit səsi eşidilib.

Qeyd edək ki, Almaniya hökuməti kənd təsərrüfatı üçün subsidiyaları ləğv etməyi planlaşdırır. Bu səbəbdən alman fermerlər ölkədə etiraz dalğası təşkil ediblər.


Paylaş: