Fərq yaradan federasiya - Nümunəvi təşkilatçılıq

  • Dünən, 18:16

“Prezident Kuboku–2025” reqatası Azərbaycan idmanının təşkilati və mənəvi dəyərlər baxımından yüksəlişini nümayiş etdirən nümunəvi bir hadisə idi. Bu mötəbər yarışın Füzuli, Mingəçevir və Suqovuşan kimi simvolik məkanlarda keçirilməsi həm tarixi yaddaşa, həm də gələcəyə verilən mesaj idi.

Yarışın nəticələri də qürurverici oldu — idmançılarımız 15 medal qazandılar: 1 qızıl, 7 gümüş, 7 bürünc. Amma daha təsirli olan bu medalların arxasındakı ruh, zəhmət və təşkilatçılıq idi. Azərbaycan Avarçəkmə və Kanoe Federasiyası sadəcə idman turniri təşkil etmədi — nümunə göstərdi, fərq yaratdı.

30-a yaxın media nümayəndəsini birbaşa yarış bölgələrinə aparmaq, onların təminatını yüksək səviyyədə qarşılamaq federasiyanın öz işinə və ölkə imicinə nə qədər ciddi yanaşdığını göstərdi. Digər federasiyaların illərlə diqqətdən kənar buraxdığı medianı işin mərkəzinə çəkmək böyük strateji addım idi. Çünki bilirlər ki, dmanı ucaldan təkcə nəticə deyil, onun təqdimatıdır.

Mingəçevirdə yarışın ab-havası aydın hiss olunurdu. Küçələrdə asılmış iştirakçı ölkələrin bayraqları, səliqəli təşkilatçılıq və peşəkar koordinasiya hər detalda ciddi zəhmətin izlərini göstərirdi.

Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının sağ əli digər idman federasiyalarının başına. İdman belə təbliğ olunur, nüfuz belə qazanılır...

Mirələm HƏSƏNLİ 


Paylaş: