Küncdəki vitse - Vəzifə var, mövqe yoxdur

  • 24 Aprel 2025, 18:31

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev UEFA-nın İstanbuldakı nümayəndəliyinin açılışına qatılacaq. Təbrik edirik! Nəhayət xəbər tutduq ki, belə bir vəzifə hələ də mövcuddur...

Baş katib Cahangir Fərəcullayevin ortalığa çıxmasından sonra kənarda qalan Hacıyev görəsən, hansı icraatın vitse-si olduğunu özü bilirmi? Görəsən, bu vəziyyətdən narahatdırmı? Yoxsa kreslonun adının “icraçı” olması ona yetərlidir?

Əgər strukturda baş katibdən yuxarı statusa malik bir şəxs kənarda qoyulubsa, bunun iki izahı var: ya qətiyyət və iradə çatışmır, ya da məsuliyyət hissi “müvəqqəti deaktiv” olub. Elə bil ki, ona verilən vəzifə ağır gəlib...

Futbolda çəki sadəcə fiziki deyil, həm də mənəvi və funksional anlam daşıyır. Bu çəkini ortaya qoymaq üçün təkcə xaricdəki açılışlara qatılmaq kifayət etmir. İçəridə danışmaq, mövqe ortaya qoymaq və AFFA-nın gedişatına təsir etmək lazımdır.

Mirələm HƏSƏNLİ 


Paylaş: