Premyer Liqa: Tur Zirədə başlayır

  • Bu gün, 10:05

Azərbaycan Premyer Liqasının XXXIII turuna bu gün start veriləcək.

Sportlife.az xəbər verir ki, açılış oyununda "Zirə" "Turan Tovuz"la üz-üzə gələcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Bakı klubu 64 xalla ikinci pillədə qərarlaşıb. Tovuz təmsilçisi 49 xalla dördüncüdür.

Azərbaycan Premyer Liqası

IV dövrə, XXXIII tur

2 may

20:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.


Paylaş: