
Fernandeş 3-cü pilləyə yüksəldi
"Mançester Yunayted" Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Atletik"i 3:0 hesabı ilə darmadağın edib.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar"ın kapitanı Brunu Fernandeş matçda iki dəfə fərqlənərək, Avropa Liqası karyerasında 26 və 27-ci qollarını vurub.
Portuqaliyalı bu göstəricidə Aleksandr Lyakazett, Arits Aduris və Romelu Lukakuya çatıb. Avropa Liqasında yalnız Ramadel Falkao (30) və Pyer-Emerik Obameyanq (34) Fernandeşdən daha çox qol vurub.