
"Portu" yeni baş məşqçisini tapdı
"Real Sosyedad"ın baş məşqçisi İmanol Alquasil karyerasını "Portu"da davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 53 yaşlı mütəxəssis cari mövsümün sonunda İspaniya klubundan ayrılacaq.
"Portu" təmsilçiləri artıq Alquasillə əlaqə saxlayıblar. Məşqçinin komandaya uyğun mütəxəssis olduğu qeyd edilir.
Alquasil 2018-ci ilin dekabrından "Real Sosyedad"ı çalışdırır.