"Neftçi"dən əzmkar heç-heçə

  • Dünən, 22:03

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç heç-heçə ilə nəticələnib - 2:2.

Meydan sahiblərindən Bobir Abdixolikov (21-ci dəqiqə) və Ronaldo Vaskes (52-ci dəqiqə) fərqlənib. "Neftçi"nin qollarını isə Bassala Sambu (60-cı dəqiqə) və Andrey Ştoqrin (87-ci dəqiqə) rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 32-yə yüksəldən Sumqayıt klubu 8-ci yerdə qərarlaşıb. “Neftçi” isə 35 xalla 7-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.


Paylaş: