
Almeyda "Qarabağ" üçün futbolçu seçir
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Braziliyada Ağdam klubu üçün futbolçuları izləyir.
Sportlife.az xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçi "Terra" nəşrinə açıqlamasında deyib.
Hazırda "Primavera" klubunun formasını geyinən oyunçu Ağdam təmsilçisinin daim inkişafına kömək etmək istədiyini bildirib: "Onlar mənə öz profillərinə uyğun oyunçuları izləməyi və təhlil etməyi təklif etdilər. Əgər “Qarabağ” futbolçuları bəyənsə, onlarla danışacağam, agentlərinin olub-olmadığını, klubun şərtlərini və s. öyrənəcəyəm. Əslində klub braziliyalılara öyrəşib Onlardan biri də hazırda "Flamenqo"da çıxış edən Juninyodur”.
Qeyd edək ki, Riçard Almeyda "Qarabağ"ı qış fasiləsində tərk edib.