
İnzaqinin rekordu təkrarlandı
"Atalanta"nın hücumçusu Mateo Reteqi A Seriyasının 34-cü turunun "Leççe" ilə matçında (1:1) qol vurub.
Sportlife.az xəbər verir ki, bu, 25 yaşlı argentinalı üçün cari mövsüm İtaliya çempionatında 24-cü qol olub. O, bu qolla "Atalanta"nın keçmiş forvardı Filippo İnzaqiyə məxsus rekordu təkrarlayıb. İnzaqi bunu 1996/97 mövsümündə reallaşdırıb.
Reteqi bu mövsüm bütün turnirlərdə 45 matça çıxın və "Atalanta" üçün 27 qol vurub.