
Ən yaxşı əcnəbi bombardir
"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqası tarixində bombardirlər siyahısında 5-ci yerə yüksəlib.
Sportlife.az xəbər verir ki, misirli futbolçu Premyer Liqada 185-ci qolunu XXXIV turda “Tottenhem”lə oyunda (5:1) vurub.
Salah bu göstəricidə argentinalı Serxio Aqueronu (184) ötüb və hazırda əcnəbilər arasında İngiltərə çempionatının bombardiridir.
O, yalnız ingiltərəli futbolçular Endi Koul (187), Ueyn Runi (208), Harri Keyn (213) və Alan Şirerdən (260) geri qalır.