
FIDE prezidenti Bakıya gəldi
Azərbaycan Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2025” beynəlxalq şahmat festivalının bu gün açılış mərasimi keçiriləcək.
Sportlife.az xəbər verir ki, “Bakı Kristal Zal”-ın Sərgi Mərkəzində baş tutacaq mərasimdə iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəliblər.
Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.
Festival, həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.