"Kəpəz"də daha 3 ayrılıq

  • Bu gün, 11:50

“Kəpəz” daha 3 futbolçu ilə yollarını ayırıb.

Klubdan Sportlife.az-a verilən məlumata görə, müqavilələri başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk ediblər.

Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxıb və 2 qol vurub, 2 assistlə yadda qalıb. Turandan fərqli, "Kəpəz"də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə Gəncə təmsilçisinin heyətində 28 görüşdə 2 dəfə fərqlənib. İcarə əsasında çıxış etmiş Camal Cəfərov da "Kəpəz"də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 qarşılaşmada 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov "sarı-göylər"lə 11 oyuna çıxıb.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl 8 futbolçu ilə əməkdaşlığa son qoyub.


Paylaş: