
"Lill"in sabiq futbolçusu "Qəbələ"də
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Qəbələ" mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
Sportlife.az saytının əldə etdiyi məlumata görə, "qırmızı-qaralar" kot-d`İvuarlı futbolçu Adriel Ba Luanı heyətinə qatıb.
Hazırda Bakıda olan 29 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Bölgə təmsilçisi qısa zamanda afrikalı oyunçunun keçidini açıqlayacaq.
Qeyd edək ki, son klubu Polşa "Lex"i olan Ba Lua bunadək Fransanın "Lill", Danimarkanın "Vayle", Çexiyanın "Karvina" və "Viktoriya" (Plzen) komandalarında da çıxış edib.