
Azərbaycan Qran-prisinin vaxtı dəyişdirildi
2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.
Sportlife.az xəbər verir ki, bu barədə "Formula 1"in mətbuat xidməti məlumat yayıb.
Bakıdakı mərhələ sentyabrın 24-26-da təşkil olunacaq.
Qurum daha əvvəl yarışın sentyabrın 25-27-də gerçəkləşəcəyini açıqlamışdı.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürəcək və 3 gün davam edəcək.