"Cenoa" 30 milyon avro tələb edir

  • Bu gün, 16:33

“Cenoa” müdafiəçi Koni de Vinterin transferinə görə 30 milyon avro tələb edir.

Sportlife.az xəbər verir ki, 23 yaşlı belçikalı ilə "Atalanta", "Napoli" və "İnter" klubları maraqlanır.

Ötən mövsüm de Vinter “Cenoa”nın heyətində 26 oyunda 3 qol vurub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.


Paylaş: