
Millimizin üzvü "Astana"dan ayrıldı
Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstanın "Astana" klubundan ayrılıb.
Sportlife.az xəbər verir ki, bu barədə 34 yaşlı qolkiper sosial şəbəkə hesabında paylaşım edib.
"Karyeramda çox qeyri-adi və maraqlı bir mövsüm oldu. Həm təcrübə, həm də ən əsası, meydandan kənarda yeni dostlar qazandım. Komanda yoldaşlarıma və rəhbərliyə təşəkkür edir, onlara yeni mövsümdə uğurlar arzulayıram.Təşəkkürlər, Astana!", - deyə o yazıb.
Qeyd edək ki, Rövşən Hüseynli 2024-cü ilin yayından "Astana"da çıxış edirdi.