
Anlaşma olmadı, yollar ayrılır
"Arsenal"ın yarımmüdafiəçisi Tomas Partey iyulun 1-də komandadan ayrılacaq.
Sportlife.az xəbər verir ki, 32 yaşlı qanalı klubla müqavilənin uzadılması barədə razılığa gələ bilməyib.
Partey 2020-ci ildən "Arsenal"da çıxış edir. Ümumilikdə o, klubda 167 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.