
Renat Dadaşov qərarını açıqladı
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubu ilə vidalaşıb.
Sportlife.az xəbər verir ki, 26 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
"Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik", - deyə forvard bildirib.
Qeyd edək ki, Renat Dadaşov bu ilin fevralında Polşanın "Radomyak" komandasına keçib. O, Polşa təmsilçisində 2 qola imza atıb.