“Fiorentina” onu buraxmaq istəmir

  • Bu gün, 14:32

“Fiorentina”nın yarımmüdafiəçisi Rolando Mandraqora klubu ilə müqaviləsini uzada bilər.

 Sportlife.az xəbər verir ki, "bənövşəyilər"in rəhbərliyi "Bolonya" və "Betis" klublarının maraqlandığı 28 yaşlı italiyalı ilə yeni müqavilə imzalamaq istəyir.

 Qeyd edək ki, ötən mövsüm Mandraqora 43 oyun keçirib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: