"Çelsi" yeni stadion tikir

  • Bu gün, 15:07

“Çelsi” nümayəndələri və London meriyası yeni stadionunun tikintisi və ya hazırkı arenanın genişləndirilməsi perspektivi ilə bağlı danışıqlar aparıblar.

Sportlife.az xəbər verir ki, hazırda "Stemford Bric" 41 728 tamaşaçı tutumuna malikdir. Bu da Premyer Liqada 11-ci ən yüksək göstəricidir.

Qeyd edək ki, daha əvvəl yeni stadionun "Earl's Court" ərazisində yerləşə biləcəyi bildirilmişdi. Lakin daha sonra orada yaşayış binalarının tikiləcəyi və tikintiyə 2026-cı ildə başlanılacağı vurğulanıb.


Paylaş: