
Bölgə klubu 6 futbolçu ilə vidalaşdı
"Quba" klubu 6 futbolçu ilə yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, II Liqa təmsilçisi Ruslan Qurbanov, Ağabəkir Həşimli, Xaqan Məmmədov, Mətləb Osmanov, Baxşəli Baxşəliyev və Hüseyn Novruzovla vidalaşıb.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü olan Qurbanov daha əvvəl Rusiyada "Rostov", "Nika", "Taqanroq", Xorvatiyada "Hayduk", Belarusda "Slaviya-Mozır", ölkəmizdə isə "Neftçi", "Sumqayıt", "Qəbələ", "Səbail", "Keşlə" və "Zirə"də çıxış edib.