
Yoviç "Milan"ı tərk etdi
Serbiyalı hücumçu Luka Yoviç "Milan"ı tərk edib.
Sportlife.az xəbər verir ki, klub futbolçunun müqaviləsinin uzadılması ilə bağlı bəndi aktivləşdirməyib.
İddiaya görə, forvard karyerasını “Kruz Azul” və ya “Botafoqo”da davam etdirə bilər.
Yoviç "Milan"ın heyətində 47 oyun keçirib, 13 qol vurub.