
Mahir yenə qol vurdu
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli yeni klubu “Kayzerslautern”də növbəti oyununu keçirib.
Sportlife.az xəbər verir ki, 28 yaşlı hücumçu yerli “Hermersberq” kollektivi ilə yoxlama görüşündə iştirak edib.
Emreli komandasının 10:0 hesablı qələbə qazandığı matçda fərqlənib. O, görüşdə 6-cı qolun müəllifi olub.
Qeyd edək ki, Mahir Emreli iyunun 28-də Lüksemburqun “Saar” təmsilçisi ilə oyunda (19:0) da qol vurmağı bacarıb.