“Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer

  • Bu gün, 10:09

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq Yunanıstanın “Aris” klubu xorvatiyalı qapıçı transfer edib.

Sportlife.az xəbər verir ki, Saloniki komandası Xorvatiya təmsilçisi “Hayduk”un hədəfində olan qolkiper Lovro Maykiçlə anlaşıb.

“İstra”nın qapıçısı artıq bir müddətdir Salonikidədir. Bu gün orada tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.

Yunanıstan təmsilçisi Maykiç üçün “İstra” klubuna 200 min avro məbləğində təzminat ödəyəcək. Bu, futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğinə uyğundur.

"Aris" "Araz-Naxçıvan"la ilk oyununu iyulun 24-də Bakıda, cavab görüşünü iyulun 31-də Salonikidə keçirəcək. "Hayduk" isə Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq. İlk matç iyulun 23-də Bakıda, cavab qarşılaşması iyulun 31-də Splitdə olacaq.


Paylaş: