3 İngiltərə klubunun hədəfində

  • Dünən, 14:44

Frankfurt “Ayntraxt”ının hücumçusu Huqo Ekitike İngiltərənin üç aparıcı klubu – “Liverpul”, “Çelsi” və “Mançester Yunayted”in maraq dairəsindədir.

Sportlife.az xəbər verir ki, 23 yaşlı forvarda ən çox maraq göstərən tərəf hazırda “qırmızı şeytanlar”dır. Bildirilir ki, “Mançester Yunayted” artıq Frankfurt təmsilçisi ilə ilkin təmas qurub, ancaq hələlik rəsmi təklif təqdim olunmayıb.

“Liverpul” isə Ekitikenin transferinə yalnız Darvin Nunyesi satdıqdan sonra start verəcək. Klub, uruqvaylı hücumçunun satışından böyük gəlir əldə etməyi planlaşdırır.

Digər tərəfdən, “Çelsi” vəziyyəti yaxından izləyir və digər mümkün transferlər alınmasa, onu alternativ kimi nəzərdən keçirir.

Fransalı futbolçu son mövsümdə 48 oyunda iştirak edib, 22 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. “Ayntraxt” bu uğurlu mövsümündən sonra ona 100 milyon avro qiymət qoyub.


Paylaş: