Yığmamız Qazaxıstanda 3-cü oldu

  • Dünən, 17:14

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Qazaxıstanda keçirilən "Airom Cup" beynəlxalq turnirində bürünc medalların sahibi olub.

Bu barədə Sportlife.az-a Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Erhan Tokerin rəhbərlik etdiyi komanda yarışı 3 qələbə, bir məğlubiyyətlə başa vurub.

"Barsy Atırau"ya məğlub olan (54:72) yığma, "Auyl Sport" (60:33), "Keepers" (71:16) və "Kutaisi" (58:51) komandaları ilə matçlarda qələbə qazanıb.


Paylaş: