Dünya Kubokunda 4 final

  • Dünən, 18:42

Azərbaycanın akrobatika komandası Polşanın Rjeşov şəhərində keçirilən Dünya Kubokunda çıxış edir.

Sportlife.az xəbər verir ki, təsnifat mərhələsindən sonra bütün idmançılarımız finala yüksəliblər.

Milan Əliyeva - Sabir Ağayev qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu və Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarışda 13 ölkədən 110-dan çox akrobat iştirak edir.


Paylaş: