Yamaldan müsəlmanları təhqir edənlərə sərt cavab

  • Bu gün, 17:56

"Barselona"nın futbolçusu Lamin Yamal İspaniya azarkeşlərinin yoldaşlıq oyunu zamanı davranışları ilə bağlı fikirlərini bildirib.

Sportlife.az xəbər verir ki, ulduz futbolçu həmin şəxsləri sərt tənqid edib:

"Bilirəm ki, bu şüar mənə ünvanlanmayıb. Amma mən həm də müsəlmanam, ona görə də bu vəziyyətə dözə bilmədim. Bütün azarkeşlər bu şüarla razı deyil, ona görə də onu səsləndirənlərə müraciət etmək istəyirəm. Stadionda dindən zarafat kimi istifadə etmək özünü cahil irqçi kimi göstərməkdir.

Futbol sevilməli və futbolçular dəstəklənməlidir. Futboldan insanların inanclarına hörmətsizlik etmək üçün bəhanə kimi istifadə edilməməlidir. Bizi dəstəkləyənlərə təşəkkür edirik. Dünya çempionatında görüşənədək".

Qeyd edək ki, İspaniya - Misir oyununda (0:0) yerli fanatlar "Tullanmayan, müsəlmandır" şüarları səsləndiriblər.


Paylaş: