Premyer Liqa təmsilçisində istefa
"Krılya Sovetov"un baş məşqçisi Maqomed Adiyev vəzifəsindən istefa verib.
Sportlife.az xəbər verir ki, qazaxıstanlı mütəxəssis "Aktobe" ilə danışıqlar aparır.
Məşqçi özü bunların planlaşdırılmamış danışıqlar, təsadüfi görüş olduğunu bildirib.
Maqomed Adiyev 2025-ci ilin yayından Premyer Liqa təmsilçisinə rəhbərlik edirdi.