İngiltərədən sensasion məğlubiyyət
İngiltərə millisi Londondakı "Uembli" stadionunda keçirilən yoldaşlıq oyununda Yaponiyaya minimal hesabla məğlub olub.
Sportlife.az xəbər verir ki, yaponlar qələbə qolunu 23-cü dəqiqədə Kaoru Mitomenin dəqiq zərbəsi ilə vurublar.
Qeyd edək ki, əvvəlki yoldaşlıq oyununda İngiltərə evdə Uruqvayı məğlub edə bilməmişdi.