Lukaku cəzalanacaq

  • Bu gün, 15:53

"Napoli"nin hücumçusu Romelu Lukaku komanda ilə məşqlərə qayıtmayıb.

Sportlife.az xəbər verir ki, klub rəhbərliyi müvafiq intizam tədbirlərini nəzərdən keçirir. Futbolçunun cəzalandırılacağı gözlənilir.

Daha əvvəl 32 yaşlı Lukaku səhhətində problemlər yaşadığını və Belçikada reabilitasiya keçdiyini bildirsə də, hücumçu heç vaxt "Napoli"dən üz döndərə bilməyəcəyini bildirib.

Bu mövsüm Lukaku klub səviyyəsində bütün yarışlarda yeddi oyunda meydana çıxıb və bir qol vurub.


Paylaş: