Olimpiya çempionu dünyasını dəyişdi

  • Bu gün, 14:50

Sidney-2000 Yay Olimpiya Oyunlarının həndbol üzrə qalibi, "Brest"in baş məşqçisi Eduard Kokşarov vəfat edib.

Sportlife.az xəbər verir ki, olimpiya çempionu 51 yaşında dünyasını dəyişib.

Kokşarov 1997-ci ildə dünya çempionu olub. O, oyunçu karyerasının böyük hissəsini Sloveniyanın "Selye" klubunda keçirib, həmçinin SKIF və "Çexovskie Medvedi" komandalarında oynayıb. Klub səviyyəsində Çempionlar Liqasını, 8 dəfə Sloveniya, 2 dəfə isə Rusiya çempionluğunu qazanıb.


Paylaş: