Luis Suares "Liverpul"?

  • Bu gün, 16:07

Luis Suares mövsümün sonunda "Sportinq"dən ayrıla bilər.

Sportlife.az xəbər verir ki, "Liverpul" və "Nyukasl" 28 yaşlı kolumbiyalı forvardla yaxından maraqlanır. Lissabon klubu hücumçu ilə yollarını ayırmağı istisna etmir, lakin onu ən azı dünya çempionatının sonuna qədər saxlamağa ümid edir.

Suares 2025-ci ildən "Sportinq"də çıxış edir. Bu mövsüm o, 42 oyuna çıxıb, 33 qol vurub və 7 məhsuldar ötürmə edib. 


Paylaş: