MY-dan hiyləgər plan

  • Bu gün, 18:30

"Mançester Yunayted" "Vulverhempton"un mərkəz yarımmüdafiəçisi Joau Qomeşi transfer etməyi nəzərdən keçirir.

Sportlife.az xəbər verir ki, braziliyalı futbolçu "qırmızı şeytanlar"ın diqqətini cəlb edib. Klub Kazemironun gedişindən sonra 27 yaşlı oyunçunun heyəti gücləndirə biləcəyinə inanır.

"Mançester Yunayted" hazırda "Vulverhempton"la danışıqlara başlamaq fikrində deyil. Onlar mövsümün sonunda "canavarlar"ın Premyer Liqadan düşməsini gözləyirlər. Bu, danışıqlar prosesini xeyli sadələşdirəcək və oyunçunun qiymətini aşağı salacaq.


Paylaş: