PSJ-nin qapıçısı DÇ-ni buraxa bilər
PSJ-nin qapıçısı Lyuka Şevalye dünya çempionatı öncəsi Fransa millisindəki yerini itirə bilər.
Sportlife.az xəbər verir ki, o, Braziliya (2:1) və Kolumbiya (3:1) ilə yoldaşlıq oyunlarına çağırılmışdı, lakin ehtiyat oyunçular skamyasında qalıb.
İddiaya görə, baş məşqçi Didye Deşam Şevalyenin heyətdə üçüncü qapıçı olacağını açıqlayıb.
Fransalı qapıçı yanvarın 23-dən bəri PSJ-nin heyətinə meydana çıxmır. Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.