"Partizan"dan "Milan"a

  • Bu gün, 16:53

Serbiyanın "Partizan" klubu hücumçu Andrey Kostiçin transferi üçün "Milan"la razılığa gəlib.

Sportlife.az xəbər verir ki, müqavilənin ümumi dəyəri 8 milyon avrodur.

Belqrad klubu ilkin olaraq 3,5 milyon avro alacaq. Qalan 4,5 milyon avro isə bonuslar şəklində ödəniləcək. Bundan əlavə, Belqrad klubu oyunçunun növbəti satışından 10 faiz pay alacaq.

Andrey Kostiç iyun ayına qədər Serbiya klubunda qalacaq və "Milan"a yayda qoşulacaq.

Kostiç bu mövsüm Serbiya liqasında 27 oyunda 11 qol vurub. 


Paylaş: