İsrailli futbolçuların əli havada qaldı

  • Bu gün, 15:53

Bosniya və Herseqovinanın gənclərdən ibarət milli komandasının oyunçuları 2027-ci il Avropa Çempionatının seçmə oyunu başlamazdan əvvəl İsrail yığmasının oyunçuları ilə görüşməkdən imtina ediblər.

Sportlife.az xəbər verir ki, hadisənin videosunu jurnalist Leyla Hamed yayımlayıb. İsraillilər əllərini uzatsalar da, bosniyalılar onların əlini sıxmayıblar.

U-21 Avropa Futbol Çempionatı Serbiya və Albaniyada keçiriləcək. Seçmə mərhələ 2026-cı ilin noyabr ayında başa çatacaq.


Paylaş: