"Qarabağ"ın legionerinə cəza
“Qarabağ”ın müdafiəçisi Sami Mmae cəzalandırılıb.
Sportlife.az xəbər verir ki, belçikalı futbolçu Əvəzedicilər Liqasındakı davranışına görə buna məruz qalıb.
O, 21-ci turda “Sabah-2” ilə görüşün 43-cü dəqiqəsində hakimin qərarına etiraza görə 2 sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.
Buna görə, Mmae 1 oyunluq cəzalandırılıb “Qarabağ-2” 250 manat cərimələnib.