Montella tarixi zəfəri şərh etdi

  • Bu gün, 13:29

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella yığmanın dünya çempionatına vəsiqə qazanmasını şərh edib.

Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis bunu inanılmaz dərəcədə həyəcanlı hadisə adlandırıb:

"Düşünürəm ki, Türkiyəni böyük beynəlxalq turnirə aparan ilk əcnəbi məşqçiyəm. Bununla inanılmaz dərəcədə qürur duyuram! Oyunçular əllərindən gələni etdilər. Məqsədə çatdılar. İndi birlikdə gözəl səyahətimizə davam edəcəyik.

Futbolda hər kəs dünya çempionatını xəyal edir. Komanda ilə bu barədə danışdıq. Arzumuzu gerçəkləşdirdik və xoşbəxtik. Bu, inanılmaz bir hissdir; sözlərlə ifadə etmək mümkün deyil. Dünya çempionatı zirvədir. Bu təcrübəni birlikdə yaşamağı səbirsizliklə gözləyirik. Hər kəs böyük töhfə verib. Heyət, rəhbərlik... Hamınıza təşəkkür edirəm!".

Qeyd edək ki, Türkiyə millisi mundiala pley-off finalında Kosovonu 1:0 hesabı ilə məğlub edərək vəsiqə qazanıbş


Paylaş: