"Yuventus"da şok itki

  • Dünən, 16:45

İtaliya təmsilçisi “Yuventus”un futbolçusu Nikolo Savona bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsinin III turunda İngiltərə təmsilçisi “Mançester Siti”yə 2:5 hesabı ilə uduzduqları oyunda zədələnib.

Sol topuq nahiyəsindən xəsarət alan Savona tibbi müayinədən keçərkən kapsul və bağ aparatında ciddi problem aşkarlanıb. O, artıq reabilitasiya proqramına başlayıb və bir ay sonra təkrar müayinə olunacaq.

Jurnalist Covanni Albanese isə xəbər verir ki, italiyalı müdafiəçi bu zədə səbəbindən təxminən 6-8 həftəyə qədər meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Yuventus”un yetirməsi olan Savona ötən yay komanda ilə 6 illik peşəkar müqavilə imzalayıb.


Paylaş: