
Ançelotti "hə" desə...
"Real"ın çalışdırıcısı Karlo Ançelotti milli komandalar tarixində ən çox maaş alan baş məşqçisi ola bilər.
Sportlife.az xəbər verir ki, bu, italiyalı mütəxəssis Braziliya yığmasının sükanı arxasına keçəcəyi halda baş verəcək.
Braziliya Futbol Federasiyası (CBF) artıq ona rəsmi müqavilə təklifi edib. Əgər Ançelotti bunu qəbul etsə, ən çox qazanan milli məşqçisi olacaq.