
Premyer Liqaya Kim gəlir?
"Bavariya"nın müdafiəçisi Kim Min Ce karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Sportlife.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə "Nyukasl" yaxından maraqlanır. İngiltərə klubu onu yayda öz heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, cənubi koreyalı mərkəz müdafiəçisi bu mövsüm "Bavariya"ın heyətində 43 oyuna 3 dəfə fərqlənə bilib. Hazırda onun transfer dəyəri 45 milyon avrodur.
O, əvvəlki illərdə "Fənərbaxça" və"Napoli" kimi klublarda çıxış edib.