
"Qarabağ" üçün 3 potensial rəqib
“Qarabağ” 2025-26 mövsümündə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər səbətində yer alacaq.
Sportlife.az xəbər verir ki, Azərbaycan çempionluğunu Azərbaycan Premyer Liqasının XXXII turunda “Sabah”la oyunda (1:1) rəsmiləşdirən Ağdam təmsilçisinin ilk potensial rəqibləri də məlumdur.
Qurban Qurbanovun yetirmələri 32.000 əmsalla raundun ən güclüləri arasında olacaq. Təmsilçimizin mümkün rəqibləri “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya) və “Virtus”dur (San Marino).
“Malmö” (İsveç), “Jalgiris” (Litva), RFS (Latviya), "KuPS" (Finlandiya) və TNS (Uels) isə “Qarabağ” kimi, güclülərin səbətində olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Həmin raundun oyunları isə 8-9 iyul və 15-16 iyulda keçiriləcək.