Olimpiya çempionu: "Yeni zəfərlərə acam

  • Bu gün, 14:54

Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev (100 kq) Paris-2024 Yay Olimpiya Oyunlarından sonra iştirak etdiyi ilk yarışı dəyərləndirib.

Sportlife.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Olimpiya çempionu bildirib ki, əsas hədəfi medalların sayını artırmaqdır: “Avropa çempionatında beşinci medalımı qazandım. Hələ oyundayam və yeni zəfərlərə acam”.

Qeyd edək ki, Kotsoyev Avropa çempionatının finalında Paris-2024-də məğlub etdiyi gürcüstanlı İlya Sulamanidze ilə güləşib. Zelim yuko fəndi ilə uduzaraq, Avropa çempionatının gümüş medalını qazanıb.


Paylaş: