
Messiyə nə olub?
"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano MLS-in müntəzəm mövsümündə "Dallas"a 3:4 hesablı məğlubiyyətdən sonra Lionel Messinin oynamamasının səbəbini açıqlayıb.
Sportlife.az xəbər verir ki, argentinalı mütəxəssis bunun zədə ilə bağlı olmadığını bildirib:
"Leo yaxşıdır. Vankuver səfəri zamanı (0:2) sonra yolda 6-7 saat keçirdik, sonra isə sintetik meydançalarda oynadıq. Ona və digər oyunçulara istirahət vermək qərarına gəldik. Amma Messi yaxşıdır, o, bu gün məşq etdi və növbəti matçda oynamağa hazırdır".
Qeyd edək ki, bu mövsüm 37 yaşlı Messi bütün turnirlərdə 12 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.