Bakıdakı Avropa Kubokunun təqvimi

  • Bu gün, 18:32

Mayın 1-də Bakıda start götürəcək bədii gimnastika üzrə Avropa Kubokunun proqramı açıqlanıb.

Sportlife.az xəbər verir ki, 4 gün davam edəcək yarış ötən il olduğu kimi, maraqlı qaydalar əsasında keçiriləcək.

Reqlamentə əsasən, hər bir iştirakçı finala qədər yalnız bir növdə çıxış edəcək.

Müsabiqənin proqramına gəlincə, mayın 1-də halqa ilə, ertəsi gün isə top və lentlə çıxış edəcək gimnastlar arasında təsnifat mərhələsi keçiriləcək. Mayın 2-də komandalar qrup hərəkətlərində öz proqramlarını təqdim edəcəklər.

Mayın 3-də fərdi və qruplar arasında “Cross Battles”, mayın 4-də isə yeniyetmələr arasında final yarışları baş tutacaq.

Qeyd edək ki, turnirdə 23 ölkənin gimnastları mübarizə aparacaq.


Paylaş: