De Zerbi ərəblərin hədəfində

  • Bu gün, 18:10

"Marsel"in baş məşqçisi Roberto De Zerbinin adı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun sükanı arxasına namizədlər sırasında yer alıb.

Sportlife.az xəbər verir ki, Ər-Riyad klubunun rəhbərləri italiyalı mütəxəssisi cari mövsümün sonunda  komandanı tərk edəcək 70 yaşlı portuqaliyalı Jorje Jezuşun əvəzedicisi kimi görür.

Qeyd edək ki, “Əl-Hilal” hazırda Səudiyyə Ərəbistanı liqasında ikinci yerdə qərarlaşıb.


Paylaş: