
"Qarabağ"dan 12-ci çempionluq
"Qarabağ" Azərbaycan Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olub.
Sportlife.az xəbər verir ki, XXXII turda "Sabah"la səfərdə 1:1 hesablı heç-heçə edən Ağdam klubu sona 4 tur qalmış qızıl medalları təmin edib.
Qarşılaşmada hesabı 42-ci dəqiqədə qonaq komandanın hücumçusu Redon Cica açıb. Albaniyalı forvard penalti zərbəsini dəqiq yerinə yetirib. Bərabərlik qolu isə ikinci hissədə vurulub. Paytaxt təmsilçisinin heyətində Boyan Letiç 73-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Bununla da xallarını 77-yə çatdıran Qurban Qurbanovun komandası 12-cı dəfə Azərbaycan çempionu olub. “Sabah” isə 40 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, tura aprelin 28-də keçiriləcək “Sumqayıt”-“Neftçi” oyunu ilə yekun vurulacaq.