"Zirə"də yeni müqavilə

  • Bu gün, 13:24

“Zirə” Ruan Renatoyla yeni müqavilə bağlayıb.
 
Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi daha iki il paytaxt təmsilçisində çıxış edəcək.
 
Yeni müqaviləyə əsasən, futbolçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.
 
Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.

Paylaş: