
Əfsanəvi futbolçu əsri yarıladı
Mayın 2-si “Mançester Yunayted”, “Real Madrid” və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhem üçün əlamətdar gündür.
Sportlife.az xəbər verir ki, bir zamanların məşhur futbolçusu 50 yaşını qeyd edir.
Bekhem karyerası ərzində “Mançester Yunayted”, “Preston", “Real Madrid”, “Los-Anceles Qelaksi”, “Milan” və PSJ-də çıxış edib. Çempionlar Liqasının qalibi (1999), altı dəfə Premyer Liqa çempionu, iki dəfə İngiltərə Kubokunun qalibi, İspaniya çempionu, ikiqat MLS çempionu və Fransa çempionudur.